
Usta
Cəlil Hüseynov
İşin qiyməti
baxışdan sonra qiymət
Elektrik işləri · Bakı
- 4
- il bazarda
- 100+
- iş
- 0
- rəy
- Açar təslim elektrik montajı
- Elektrik naqillərinin çəkilməsi və dəyişdirilməsi
- Elektrik lövhəsi və avtomatlar
- Rozetka və açarlar
- İşıqlandırma və çilçıraqlar
- Təcili elektrik ustası
- Torpaqlanma
- Generatorlar
Uzunillik təcrübəyə malik elektrik ustası — yaşayış və fərdi evlərdə təhlükəsiz və etibarlı elektrik sistemlərinin quraşdırılması üzrə ixtisaslaşıb.
Niyə seçməli
Təcrübə
4 il bazarda
İş nümunələri
100+ iş
Müştəri qiymətləndirməsi
Hələ rəy yoxdur
Yoxlanılıb
Sənədlər, lisenziyalar və hüquqi status
Ətraflı
Uzun illər neft sənayesində çalışmış, son 4–5 ildə isə yaşayış və fərdi evlərin elektrik sistemlərinin quraşdırılması sahəsində fəaliyyət göstərirəm.
Elektrik sisteminin təhlükəsiz və uzunömürlü olması ilk növbədə düzgün layihələndirmədən başlayır. Hər bir elektrik avadanlığı üçün onun gücünə və cərəyan yükünə uyğun kabel seçilməli, həmçinin uyğun nominala malik avtomat qoruyuculardan istifadə edilməlidir.
Əsas prinsiplərdən biri elektrik yüklərinin düzgün bölüşdürülməsidir. Su qızdırıcısı, kondisioner, elektrik sobası və yüksək güc tələb edən digər avadanlıqlar üçün mütləq ayrıca elektrik xətti çəkilməlidir.
Bundan əlavə, hər bir evdə etibarlı torpaqlama sistemi olmalı, bütün elektrik birləşmələri keyfiyyətli və möhkəm icra edilməlidir. Elektrik təhlükəsizliyinin təmin olunması üçün faza qoruyucusu, sızma cərəyanına (RCD) qarşı qoruyucu, gərginlik dəyişmələrindən və nəmişliyin yarada biləcəyi risklərdən qoruyan müasir mühafizə avtomatlarından istifadə edilməsi vacibdir.
Düzgün qurulmuş elektrik sistemi yalnız avadanlıqların etibarlı işləməsini deyil, həm də insanların həyat və əmlak təhlükəsizliyini təmin edir.
İş nümunələri
Rəylər
Rəy yazHələ rəy yoxdur.
İşə başlamağa hazırsınız?
Kataloqdan etibarlı şirkət seçin və ya bizə zəng edin — işinizə uyğun usta tapmağa kömək edəcəyik.
