
Usta
Aqşin Cəfərov
İşin qiyməti
razılaşma ilə
Mebel və dülgərlik · Bakı
- 25
- il bazarda
- 20+
- iş
- 0
- rəy
- Sifarişlə mətbəx mebeli
- Şkaflar və korpus mebeli
- Yumşaq mebel
- Mebelin yığılması və quraşdırılması
- Mebelin təmiri və bərpası
- Mətbəx iş səthləri
25 ildən artıq təcrübə ilə istənilən növ mebelin müxtəlif materiallardan keyfiyyətli hazırlanması və 7–10 gün ərzində təhvil verilməsi.
Niyə seçməli
Təcrübə
25 il bazarda
İş nümunələri
20+ iş
Müştəri qiymətləndirməsi
Hələ rəy yoxdur
Yoxlanılıb
Sənədlər, lisenziyalar və hüquqi status
Ətraflı
Mən, Cəfərov Aqşın Fazil oğlu, 23 aprel 1985-ci il təvəllüdlüyəm. 2001-ci ildən mebel sahəsində fəaliyyət göstərirəm və bu sahədə 25 ildən artıq təcrübəm var.
Fəaliyyətim dövründə müxtəlif fərdi sifarişlər və layihələr həyata keçirmişəm. Əvvəllər tender layihələri çərçivəsində məktəb, bağça və digər obyektlərin mebel işlərini görmüşəm. Daha sonra villa və mənzillərin mebellə təchizatı, eləcə də ayrı-ayrı dolab və digər mebellərin hazırlanması üzrə çoxsaylı sifarişləri uğurla təhvil vermişəm.
İşimdə mənim üçün əsas prinsiplər keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətidir. Müştərinin seçdiyi materialdan heç vaxt qənaət etmək və ya keyfiyyəti aşağı salmaq hesabına qazanc əldə etməmişəm. Əksinə, hər zaman sifarişi mümkün qədər yüksək səviyyədə yerinə yetirməyə çalışmışam və əvvəlcədən razılaşdırılmış ödənişə əsassız əlavələr etməmişəm.
Mənim üçün hər bir müştərinin evi eyni zamanda gördüyüm işin vitrinidir. İllər ərzində yeni müştərilərimin böyük hissəsini əvvəlki müştərilərimin tövsiyələri vasitəsilə qazanmışam və bu günə qədər bir çox müştərimlə yaxşı münasibətlərimizi qoruyub saxlayırıq.
Sifarişlərin razılaşdırılmış vaxtda, imkan daxilində isə daha tez təhvil verilməsinə xüsusi diqqət yetirirəm. Bizdən asılı olmayan səbəblərə görə bir-iki günlük gecikmə yarandığı hallarda isə müştərini əvvəlcədən və düzgün şəkildə məlumatlandırmağa çalışıram.
İnanıram ki, ailəsinə halal zəhmətlə ruzi qazanan insan öz işinə və qazancına haram qatmaz. Bu prinsip uzun illərdir işimə olan münasibətimin əsasını təşkil edir.
İstənilən növ mebel sifarişi qəbul olunur. Müştərinin istəyinə uyğun olaraq müxtəlif növ materiallardan mebellər hazırlanır və sifarişdən asılı olaraq cəmi 7–10 gün ərzində təhvil verilir.
İş nümunələri
Rəylər
Rəy yazHələ rəy yoxdur.
İşə başlamağa hazırsınız?
Kataloqdan etibarlı şirkət seçin və ya bizə zəng edin — işinizə uyğun usta tapmağa kömək edəcəyik.
